Mbappe yenə topuğunu zədələdi

Mbappe yenə topuğunu zədələdi
11.10.2025 09:00 İdman

Fransa millisinin hücumçusu Kilian Mbappe Azərbaycanla oyunda yenidən topuğundan zədə alıb.

TodayPress TV xəbər verir ki, futbolçu, DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla oyunun (3:0) 83-cü dəqiqəsində əvəzlənib.

Daha əvvəl Mbappenin topuğunun əzilməsinin təkrarlanması səbəbindən Azərbaycanla oyun öncəsi Fransa millisinin heyətində məşq etmədiyi bildirilirdi.

Qeyd edək ki, Fransa yığmasının forvardı millimizlə oyunun ilk yarısının artırma dəqiqələrində fərqlənib. Bu qol Mbappe üçün milli komandada 53-cü olub. Hazırda o, Olivier Jirunun rekordundan 4 qol geridədir.

Xatırladaq ki, Azərbaycan yığma komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də səfərdə Ukrayna millisi ilə qarşılaşacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər