“Mançester Yunayted”də yeni tarix yazıldı!

“Mançester Yunayted”də yeni tarix yazıldı!
28.04.2026 11:39 İdman

Brunu Fernandeş Premyer Liqada “Mançester Yunayted” forması ilə məhsuldar hərəkət sayında klub əfsanəsi Kristianu Ronaldoya çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Opta Sports” məlumat yayıb. 

Premyer Liqanın XXXIV turunda “Brentford”la oyunda (2:1) assistlə yadda qalan Brunu Fernandeş “qırmızı şeytanlar”ın heyətində İngiltərə çempionatında karyerası ərzində 140 (70 qol + 70 assist) məhsuldar hərəkətə imza atıb.

Kristianu Ronaldo da “Mançester Yunayted”də çıxış etdiyi dövrdə Premyer Liqada eyni sayda məhsuldar hərəkət edib. Hücumçu 103 qol vurub və 37 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Brunu Fernandeş cari mövsüm klub səviyyəsində bütün turnirlərdə keçirdiyi 33 oyunda 8 qol vurub və 20 assist edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər