“Mançester Siti”nin uğurlu seriyası Qvardiolaya mükafat gətirdi

“Mançester Siti”nin uğurlu seriyası Qvardiolaya mükafat gətirdi
13.03.2026 16:22 İdman

“Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı məşqçisi seçilib.

TodayPress TV xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

Fevral ayında “Mançester Siti” Xosep Qvardiolanın rəhbərliyi altında beş oyun keçirib. Komanda bu qarşılaşmalarda dörd qələbə qazanıb, bir oyunda isə heç-heçə edib.

“Şəhərlilər” əvvəlcə “Tottenhem Hotspur”la 2:2 hesablı heç-heçə edib. Daha sonra isə “Liverpul”u (2:1), “Fulhem”i (3:0), “Nyukasl Yunayted”i (2:1) və “Lids Yunayted”i (1:0) məğlub ediblər.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər