“Mançester Siti”nin uğur formulu – Qvardioladan açıqlama

İdman

04.05.2026 09:52

Pep Qvardiola “Mançester Siti”nin cari mövsümdə titullar uğrunda mübarizə aparmasının səbəblərini izah edib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb. 

İspan mütəxəssis bildirib ki, klubun uğurunun əsasını sabitlik və düzgün qurulmuş mühit təşkil edir:

“Əgər burada uyğun mühit olmasaydı, 10 il işləməzdim. Hələ də böyük enerji hiss edirəm və işə həvəslə gəlirəm. Ilkay Gundogan geri qayıdıb “Mançester Siti” top səviyyədir” deyirsə, deməli düzgün yoldayıq. Komanda uzun illərdir sabit taktika, sistem və heyət sayəsində uğur qazanır”.

Qvardiola vurğulayıb ki, məhz bu sabitlik sayəsində “Mançester Siti” artıq uzun illərdir UEFA Çempionlar Liqası turnirində müntəzəm çıxış edir və daim titullar uğrunda yarışır.

Cari mövsüm “Siti” İngiltərə Kubokunun finalına yüksəlib və həlledici oyunda “Çelsi” ilə qarşılaşacaq. 

Komanda artıq İngiltərə Liqa Kubokunu qazanıb (finalda “Arsenal”ı 2:0 məğlub edib).

UEFA Çempionlar Liqasında isə 1/8 final mərhələsində “Real Madrid” səddini keçsə də, daha sonra mübarizəni dayandırıb.

Namiq HUN

TodayPress TV

tag: Mançester Siti,Pep Qvardiola,Klub,Futbol,Todaypress.tv,