"Mançester Siti" İngiltərə Kubokunu qazandı

"Mançester Siti"  İngiltərə Kubokunu qazandı
16.05.2026 21:40 İdman

"Mançester Siti" İngiltərə Kubokunun finalında "Çelsi"ni 1:0 hesabı ilə məğlub edib.

TodayPress TV-nin məlumatına görə, matç Londondakı "Uembli" stadionunda baş tutub.

Matçda yeganə qolu Antuan Semenyo 72-ci dəqiqədə vurub.

"Mançester Siti" səkkizinci dəfə yarışın qalibi olaraq ən çox titul qazanan komandalar arasında "Çelsi", "Liverpul" və "Tottenhem"lə eyni səviyyədə üçüncü yerə yüksəlib. İngiltərə Kubokunu ən çox "Arsenal" (14) və "Mançester Yunayted" (13) qazanıblar.

Qeyd olunur ki, bu, "Mançester Siti"nin ardıcıl dördüncü finalıdır.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər