Madriddə sürpriz seçim: Emeri əsas favoritlərdən!
İdman
05.05.2026 09:10
Unai Emeri “Real Madrid” klubunda baş məşqçi vəzifəsinə əsas namizədlərdən biri kimi nəzərdən keçirilir.
TodayPress TV xəbər verir ki, bu barədə “talkSPORT” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, hazırda “Aston Villa”nı çalışdıran 54 yaşlı mütəxəssis klub rəhbərliyinin qısa siyahısına daxil edilib və əsas variantlardan biri sayılır.
Emeri 2022-ci ilin payızından etibarən “Aston Villa”ya rəhbərlik edir və onun klubla müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. Bununla belə, maliyyə məhdudiyyətləri fonunda ispan mütəxəssisin “Real” kimi nəhəng kluba keçidə maraq göstərə biləcəyi qeyd olunur.
Hazırda “Aston Villa” İngiltərə Premyer Liqasında 35 turdan sonra 58 xalla 5-ci pillədə qərarlaşıb. Komanda həmçinin avrokuboklarda mübarizəni davam etdirir və yarımfinalda “Nottinqem Forest” ilə qarşılaşır. İlk oyunda “Villa” 0:1 hesabı ilə məğlub olub, cavab görüşü isə mayın 7-də keçiriləcək.
Qeyd edək ki, Emeri daha əvvəl İspaniyada “Sevilya”, “Valensiya”, Vilyarreal” və “Almeriya” kimi klubları çalışdırıb.
Namiq HUN
tag: Real Madrid,Unai Emeri,Baş məşqçi,Aston Villa,Todaypress.tv,
