Leyla Məmmədzadə AGF Trophy-də bürünc medal qazandı

Leyla Məmmədzadə AGF Trophy-də bürünc medal qazandı
15.05.2026 10:22 İdman

Bakıda idman gimnastikası üzrə AGF Trophy beynəlxalq turniri keçirilir. 

TodayPress TV xəbər verir ki, Milli Gimnastika Arenasında 5 ölkədən 50-yə yaxın gimnast birincilik uğrunda yarışır. 

Turnirin ilk günündə gənclər yaş kateqoriyası üzrə gimnastlar komanda hesabında və çoxnövçülük proqramında mükafatlandırılıblar.

Həm qadın, həm də kişi gimnastlarımız komanda hesabında bürünc medal qazanıblar. 

Fərdi çoxnövçülük proqramında isə qadınlar arasında Leyla Məmmədzadə bürünc medalın sahibi olub.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Leyla Məmmədzadə AGF Trophy-də bürünc medal qazandı — 1
Leyla Məmmədzadə AGF Trophy-də bürünc medal qazandı — 2
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər