Kriştianu Ronaldodan sərt mesaj – liqada problemlər var!
İdman
30.04.2026 13:23
“Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı çempionatının cari mövsümdə tənqid olunmasına münasibət bildirib.
TodayPress TV xəbər verir ki, hazırda “Əl-Nəsr” turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi olan “Əl-Hilal” klubunu 8 xal qabaqlayır.
Ronaldo vəziyyətlə bağlı belə danışıb:
“Hamı şikayət edir. Hamı etməli olduğundan artıq şeylər edir. Bu futboldu, müharibə deyil. Bilirik ki, hamı mübarizə aparır və qalib gəlmək istəyir, amma hər şeyə icazə verilmir. Mövsümün sonunda danışacağam, çünki çoxlu neqativ məqamlar görürəm. Bir çox futbolçu hakimlər, liqa və layihə ilə bağlı şikayətlər paylaşır. Düşünürəm ki, bu, düzgün deyil və məqsədlərə uyğun gəlmir. Əgər dünyanın ən yaxşı liqalarından biri olmaq istəyiriksə, yalnız burada yox, Avropa üçün də nümunə olmalıyıq. Məncə, buna son qoymalı, vəziyyəti analiz etməli və liqa ilə müzakirə aparmalıyıq. Çünki mənim fikrimcə, bu artıq futbol deyil”.
Namiq HUN
tag: Kriştianu Ronaldo,Əl-Nəsr,Səudiyyə Ərəbistanı,Əl-Hilal,Todaypress.tv,
