“Kəpəz” Amadou Cisslə anlaşdı

“Kəpəz” Amadou Cisslə anlaşdı
14.08.2025 09:52 İdman

“Kəpəz” klubu heyətini gücləndirməkdə davam edir.

TodayPress TV xəbər verir ki, Gəncə təmsilçisi yarımmüdafiəçi Amadou Cisslə anlaşıb. 

26 yaşlı seneqallı futbolçu son mövsümü “Adanaspor” klubunda keçirib.

Amadou Ciss karyerası ərzində Kipr, Fransa və Niderland çempionatlarında top qovub. O, Seneqalın gənclərdən ibarət yığma komandasında da forma geyinib.

Yarımmüdafiəçi meydanda çıxdığı 181 matçda 25 qol vurub və 15 məhsuldar ötürmə edib.

(Sportinfo.az)

Namiq HUN

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər