Kayseridə Azərbaycan imzası: Tennisçilərimiz səhnədə

Kayseridə Azərbaycan imzası: Tennisçilərimiz səhnədə
27.02.2026 17:25 İdman

Azərbaycanın stolüstü tennis üzrə milli komandasının üzvləri Türkiyə Superliqası klublarından dəvət alıblar.

TodayPress TV xəbər verir ki, yığmamızın dörd üzvü Türkiyə Superliqasında çıxış edəcək.

Zemfira Mikayılova və Mərziyyə Nurmətova “Masader Spor Kulubu”, Adil Əhmədzadə və Onur Quluzadə isə “Spin Point Spor Kulubu” heyətində mübarizə aparacaqlar.

İdmançılarımız çempionatın 3-cü və 4-cü turlarında iştirak edəcəklər. Qarşılaşmalar fevralın 28-də və martın 1-də Kayseri şəhərinin idman kompleksində keçiriləcək.

Namiq HUN

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər