Kataloniya klubu qərar verdi
“Barselona” icarə əsasında klubda çıxış edən futbolçu Markus Reşfordu birdəfəlik transfer etmək istəyir.
TodayPress TV yerli KİV-ə istinadən xəbər verir ki, kataloniyalılar “Mançester Yunayted”ə məxsus olan hücumçunu almaq üçün hazırlıqlara başlayıb. 27 yaşlı futbolçunun keçidinin təxminən 30 milyon avroya başa gələcəyi gözlənilir.
Qeyd edək ki, Reşford cari mövsüm “Barselona”nın heyətində keçirdiyi 12 matçda 5 qol vurub və 6 məhsuldar ötürmə verib.
Namiq HUN