Türkiyədə FETÖ-yə qarşı əməliyyatlar davam edir: 100-dən artıq şübhəli saxlanıldı

Türkiyədə FETÖ-yə qarşı əməliyyatlar davam edir: 100-dən artıq şübhəli saxlanıldı
18.07.2026 13:28 Dünya

Türkiyənin 30 vilayətdə FETÖ əməliyyatları çərçivəsində 119 şübhəli saxlanılıb.

TodayPress TV "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər sosial media hesabları vasitəsilə təşkilatın təbliğatını aparıb, eyni zamanda üzv olublar.

Həmçinin FETÖ ilə əlaqəli şəxslər və qondarma yardım təşkilatları vasitəsilə təşkilata maliyyə dəstəyi göstəriblər.

Həmin şəxslər barəsində prokurorluq orqanları tərəfindən cinayət işi üzrə istintaq başladılıb.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər