“İnter” vaxtından əvvəl A Seriyasının qalibi oldu

İdman

04.05.2026 10:04

İtaliyanın “Inter” klubunun baş məşqçisi Kristian Kivu komandasının A Seriyasının 2025/2026 mövsümünün vaxtından əvvəl çempionu olmasından sonra fikirlərini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

Kivu bu uğurun arxasında komandanın xarakteri və sabitliyinin dayandığını vurğulayıb:

“Bu, klubun tarixində 21-ci çempionluqdur və çox önəmlidir. Komanda çətin anlardan keçdi – Çempionlar Liqasından kənarlaşdıq, derbidə uduzduq. Amma ayaqda qalmağı bacardıq və məqsədimizi itirmədik. Mövsüm marafondur və sonda ən sabit olan qalib gəlir”.

Mütəxəssis həmçinin yanvar-fevral aylarında komandanın real çempionluq iddiasını hiss etdiyini bildirib və futbolçuların bu uğura layiq olduğunu qeyd edib.

Kivu şəxsi yanaşmasına da toxunub:

“Mən öz eqomu çoxdan kənara qoymuşam. Futbolçulara bəzən sərtlik, bəzən də dəstək lazımdır. Əsas məqsədim insanlara kömək etmək və komandaya maksimum fayda verməkdir”.

Milan təmsilçisi 35-ci turda Parma üzərində 2:0 hesablı qələbə qazanaraq titulunu rəsmiləşdirib. 

Qeyd edək ki, bu çempionluq “İnter”in son 6 mövsümdə 3-cü, XXI əsrdə isə 8-ci “skudetto”su olub. 

Namiq HUN

TodayPress TV

tag: Inter,Kristian Kivu,A Seriyası,Klub,Todaypress.tv,