İngiltərəyə dönüş? Fabreqas qapıları açıq saxladı
İdman
04.05.2026 15:48
Sesk Fabreqas İngiltərə Premyer Liqasını dünyanın ən güclü çempionatı adlandırıb və gələcəkdə ora qayıtmaq ehtimalını istisna etməyib.
TodayPress TV xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.
Hazırda “Komo” klubunun baş məşqçisi olan ispaniyalı mütəxəssis bildirib:
“Premyer Liqa dünyanın ən yaxşı liqasıdır. Bunu həm futbolçu kimi hiss etmişəm, indi də məşqçi və azarkeş kimi eyni fikirdəyəm. Futbol qeyri-müəyyəndir – bu gün zirvədəsən, sabah aşağıda ola bilərsən. Gələcəkdə APL-ə qayıdış mümkündür”.
Fabreqas əlavə edib ki, məşqçilik karyerasında yalnız nəticəyə yox, oyuna və prinsiplərinə sadiq qalmağa üstünlük verir.
O, həmçinin Joze Mourinyo ilə aralarında keçmişdə olan söhbəti xatırladıb. Məşhur mütəxəssis ona uzun illər məşqçilik edə biləcəyini demişdi.
Qeyd edək ki, 35 turdan sonra 62 xalla 5-ci A Seriyasında 62 xalla 5-ci pillədə məskunlaşan “Komo” avrokuboklara vəsiqə qazanmağa yaxındır.
Xatırladaq ki, Sesk Fabreqas daha əvvəl “Arsenal” və “Çelsi” kimi klublarda çıxış edib.
Namiq HUN
tag: Sesk Fabreqas,İngiltərə Premyer Liqası,Komo,Futbol,Todaypress.tv,
