İndoneziya millisi baş məşqçisi ilə yollarını ayırdı
Futbol üzrə İndoneziya millisinin baş məşqçisi Patrik Klyuvert istefaya göndərilib.
TodayPress TV İndoneziya Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, məşqçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qurum komanda DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilmədikdən sonra bu qərarı verib. İndoneziya yığması Klyuvertin rəhbərliyi altında Asiya zonasının dördüncü mərhələsinə qədər irəliləsə də, burada həm Səudiyyə Ərəbistanına (2:3), həm də İraqa (0:1) uduzub.
Qeyd edək ki, bu ilin yanvarından İndoneziya komandasını çalışdıran niderlandlı mütəxəssis keçirdiyi 8 oyunun 3-də qələbə qazanıb, 4-də isə məğlub olub.
Namiq HUN