"İmişli" - "Neftçi" oyununda qalib müəyyənləşmədi

"İmişli" - "Neftçi" oyununda qalib müəyyənləşmədi
22.08.2025 21:00 İdman

Liqanın II tur açılış oyununda "İmişli" "Neftçi" ilə bərabərə qalıb.

TodayPress TV xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda hesab açılmayıb.

Bununla da paytaxt təmsilçisi mövsümdə ardıcıl ikinci dəfə heç-heçəyə imza atıb. Bölgə kollektivi isə Premyer Liqada ilk xalını qazanıb.

Günün digər matçında "Qarabağ" "Sumqayıt"ı sınağa çəkəcək. Oyun "Azərsun Arena"da, saat 19:30-da başlayacaq.

Qeyd edək ki, turun digər qarşılaşmaları avqustun 23, 24 və 25-də keçiriləcək.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər