Hemilton “Ferrari” üçün strategiyanın vacibliyini vurğuladı
İdman
14.03.2026 17:27
Lyuis Hemilton, “Ferrari” komandasında iştirak edərək mühəndislərin qiymətləndirmələrinə görə “Mercedes” ilə müqayisədə sürət fərqini açıqlayıb.
TodayPress TV xəbər verir ki, o, bu barəd “Autoracing1” saytına açıqlama verib.
Hemilton bildirib ki, mühəndislərin məlumatına görə, “Mercedes”in üstünlüyü yarış tempində 0,4–0,6 saniyə arasında dəyişir. O, əlavə edib ki, bu fərq strategiya və yaxşı startla müəyyən qədər kompensasiya oluna bilər.
“Hesab edirəm ki, yarışda “Mercedes”i qabaqlamaq çox çətindir. Məlumatlara əsasən, onların temp üstünlüyü dörd-dörd yarım-dörd onluq saniyədir. Strateji və yaxşı start vəziyyəti bir qədər dəyişə bilər. Amma mən mütləq əmin olmalıyam ki, təkərləri həddindən artıq istifadə etməyim,” – deyə Hamilton bildirib.
Qeyd edək ki, britaniyalı pilot Çin Qran-prisinin kvalifikasiyasında 3-cü nəticə göstərib və Mercedes sürücülərinin dublu ilə geri qalıb.
Namiq HUN
tag: Lyuis Hemilton,Ferrari,Formula 1,Çempion,Todaypress.tv,
