Güllə atıcımız Avropa çempionatında gümüş medal qazandı

Güllə atıcımız Avropa çempionatında gümüş medal qazandı
31.07.2025 20:20 İdman

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Avropa çempionatında 25 metr məsafəyə mərkəzi hədəfə atəş yarışında gümüş medal qazanıb.

TodayPress TV xəbər verir ki, yarışın 6 raundu üzrə Lunyov ümumilikdə 583 xal və 26 daxili onluq (hədəfin mərkəzinə ən yaxın dəqiq atışlar) toplayıb.

Bu nəticə ilə o, yalnız Ukrayna təmsilçisi Pavlo Korostylovdan geri qalıb. Hər iki idmançı eyni xal toplasa da, sonuncu seriyada göstərilən üstünlük qızıl medalın taleyini müəyyənləşdirib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər