Güləşçilərimiz Avropa çempionatında ikinci yeri tutdu

Güləşçilərimiz Avropa çempionatında ikinci yeri tutdu
03.07.2025 14:27 İdman

İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşçilərin çıxışına yekun vurulub.

TodayPress TV xəbər verir ki, yığmamız komanda hesabında ikinci yeri tutub.

Millimiz yarışı 1 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub. 129 toplayan yığmamız Gürcüstandan (135) 6 xal geri qalıb. Komandamızla eyni xal toplayan Ukrayna 3-cü yeri tutub.

Azərbaycan güləşçilərindən Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq) ilə Tural Əhmədov (63 kq), Davud Məmmədov (77 kq) gümüş, Fəraim Mustafayev (67 kq), Elmin Əliyev (82 kq) bürünc medala sahib çıxıblar.

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər