Gərgin anlar Sidneydə: Fiziyev və Ruffi arasında son baxış savaşı!
İdman
30.01.2026 13:16
UFC-nin yüngül çəki dərəcəsində reytinqdə 9-cu pillədə qərarlaşan azərbaycanlı döyüşçü Rafael Fiziyev və 70 kq kateqoriyasında 14-cü yerdə olan braziliyalı Maurisio Ruffi qarşıdakı döyüş öncəsi son baxış duelini həyata keçiriblər.
TodayPress TV xəbər verir ki, qarşılaşma UFC 325 turnirinin üçüncü ən vacib döyüşü olacaq.
Döyüş fevralın 1-də Avstraliyanın Sidney şəhərində baş tutacaq.
Son baxış duelində “Ataman” ləqəbli Rafael Fiziyev kifayət qədər gərgin görünərək Ruffinin üzünə nəsə deyib.
Qeyd edək ki, 32 yaşlı Rafael Fiziyevin peşəkar MMA dosyesində 13 qələbə (onlardan 9-u vaxtından əvvəl) və 4 məğlubiyyət var.
29 yaşlı Maurisio Ruffi isə peşəkar karyerasına 2016-cı ilin sentyabrında başlayıb. Onun aktivində 12 qələbə və 2 məğlubiyyət var.
Namiq HUN
tag: Rafael Fiziyev,Maurisio Ruffi,UFC,Duel,Todaypress.tv,
