“Genclerbirliyi” yeni baş məşqçisinə qovuşdu
Türkiyəli sabiq qolkiper Volkan Demirel məşqçilik karyerasına qayıdıb.
TodayPress TV xəbər verir ki, o, “Genclerbirliyi”ni çalışdıracaq.
44 yaşlı mütəxəssis Ankara təmsilçisinin baş məşqçisi postunda Hüseyn Eroğlunu əvəz edəcək.
Qeyd edək ki, Volkan Demirelin son klubu “Bodrum” olub. O, bu ilin fevral ayında Superliqa klubundan istefaya göndərilib.
Namiq HUN