Gənc cüdoçularımız Avropa Kubokunda uğur axtarışında

Gənc cüdoçularımız Avropa Kubokunda uğur axtarışında
26.05.2026 08:28 İdman

Avstriyanın Qrats şəhərində gənc cüdoçular arasında Avropa Kuboku turniri keçiriləcək. 

TodayPress TV xəbər verir ki, mayın 30-31-də baş tutacaq yarışda Azərbaycan 11 çəki dərəcəsində 26 cüdoçu (16 oğlan, 10 qız) ilə təmsil olunacaq.

Beynəlxalq turnirdə 34 ölkədən 676 idmançı (420 oğlan, 256 qız) medallar uğrunda mübarizə aparacaq. 

Qeyd edək ki, yarışın hakimləri arasında A kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova da yer alacaq.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər