Frankfurtda yeni era? “Ayntraxt” Albert Riera ilə razılığa yaxındır
İdman
30.01.2026 12:24
İspaniyalı mütəxəssis Albert Riera “Ayntraxt Frankfurt” klubunun baş məşqçisi postuna təyin olunmağa yaxındır.
TodayPress TV xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikolo Skira “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilir ki, Riera Almaniya təmsilçisini çalışdırmaq üçün son mərhələdədir və tərəflər arasında 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə artıq hazırdır.
Qeyd edək ki, 43 yaşlı Albert Riera 2024-cü ildən etibarən Sloveniyanın “Çelye” klubuna rəhbərlik edir. O, daha əvvəl Fransanın “Bordo” klubunda çalışıb.
Hazırda “Ayntraxt” Bundesliqada 19 oyundan topladığı 27 xalla 8-ci pillədə qərarlaşıb. Komanda UEFA Çempionlar Liqasında uğursuz çıxış edib və Liqa mərhələsini 33-cü yerdə başa vuraraq pley-offa yüksələ bilməyib.
Namiq HUN
tag: Albert Riera,Ayntraxt Frankfurt,Klub,Baş məşqçi,Todaypress.tv,
