“Formula-1”də yeni dövr? Antonelli 2026 maşınını təriflədi
İdman
03.02.2026 15:19
“Mercedes” komandasının pilotu, italiyalı Andrea Kimi Antonelli Barselonada keçirilən mövsümöncəsi testlərdən sonra 2026-cı il bolidi ilə bağlı təəssüratlarını bölüşüb.
TodayPress TV xəbər verir ki, “Formula-1”in rəsmi saytına danışan Antonellinin sözlərinə görə, yeni maşın ilkin mərhələ üçün gözləniləndən daha yaxşı təsir bağışlayıb:
“Düşünürəm ki, maşın başlanğıc üçün kifayət qədər yaxşıdır. Gözlədiyimdən xeyli üstündür və idarə etmək çox rahatdır. Bir qədər kiçilib və bu, dərhal hiss olunur - xüsusilə yavaş döngələrdə istiqamət dəyişərkən daha manevrlidir. Bundan əlavə, artıq sıçramalar yoxdur, bu da müsbət haldır. Maşını həddindən artıq aşağı salmağa ehtiyac qalmayacaq və klirenslə bağlı daha çox eksperiment aparmaq mümkün olacaq”.
Antonellinin fikirləri 2026-cı il texniki reqlamentlərinə uyğun hazırlanmış bolidlərin idarəolunma, stabillik və çeviklik baxımından ciddi irəliləyiş vəd etdiyini göstərir.
Namiq HUN
tag: “Formula-1”,“Mercedes” ,Andrea Kimi Antonelli ,Barselona,Todaypress.tv,
