FIFA Ermənistan Futbol Federasiyasını cərimələdi

FIFA Ermənistan Futbol Federasiyasını cərimələdi
08.10.2025 11:36 İdman

FIFA Ermənistan millisinin Portuqaliya və İrlandiya ilə keçirdiyi oyunlara görə bu ölkənin Futbol Federasiyasını 13 min İsveçrə frankı (16 min dollar) məbləğində cərimələyib.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

12 min İsveçrə frankı məbləğində olan cərimə Portuqaliya ilə oyun zamanı komandanın qeyri-münasib davranışı, nizam-intizamın və təhlükəsizliyin pozulması, həmçinin azarkeşlərin meydana daxil olmaq cəhdləri ilə bağlıdır. Bu səbəbdən qurum həm də Portuqaliya Futbol Federasiyasına xəbərdarlıq edib. 

İrlandiya ilə matçda baş verən insidentlərə görə isə Ermənistan əlavə olaraq 1000 frank ödəyəcək.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər