Ferstappen lider Piastridən 40 xal geri qalır
“Red Bull” pilotu Maks Ferstappen “Formula-1” üzrə ABŞ Qran-prisinin qalibi olub.
TodayPress TV xəbər verir ki, niderlandlı pilot dünya çempionatının Texas ştatının Ostin şəhərində keçirilən mövsümün 19-cu mərhələsini birinci yerdə tamamlayaraq növbəti qələbəsini qazanıb.
“Trassa Amerik” avtodromunda ilk üçlüyü “McLaren” pilotu Lando Norris və “Ferrari”dən Şarl Lekler təşkil ediblər. 56 dövrədən ibarət əsas yarışda kvarteti Lyuis Hemilton (“Ferrari”) tamamlayıb. Çempionatın lideri Oskar Piastri (“McLaren”) isə finiş xəttini beşinci keçib.
Qeyd edək ki, “Williams” pilotu Karlos Sayns yarışı yarıda dayandırıb.
Namiq HUN