Fərid Sadıqlı finalda, daha 6 güləşçi bu gün xalçaya çıxır

Fərid Sadıqlı finalda, daha 6 güləşçi bu gün xalçaya çıxır
14.03.2026 11:30 İdman

Serbiyada təşkil olunan U-23 Avropa çempionatı davam edir.

TodayPress TV xəbər verir ki, Zrenjanin şəhərində keçirilən yarışda bu gün Azərbaycanın yeddi yunan-Roma güləşçisi xalça üzərinə çıxacaq.

Fərid Sadıqlı (55 kq) finalda rusiyalı Alibek Amirovla qarşılaşacaq.

İlkin Qurbanov (63 kq) isə təsəlliverici görüşdə fransalı Lukas Lo Qrassonla üz-üzə gələcək.

Təsnifat mərhələsində Ayxan Cavadov (60 kq) bolqarıstanlı Borislav Krasimirov Kirilovla, Elmin Əliyev (82 kq) isə macarıstanlı Sabolç İştvan Sinayla güləşəcək.

1/8 finalda Fərid Xəlilov (67 kq) almaniyalı Yanis Heynzelbekerlə, Fərahim Mustafayev (Azerbaijani Greco-Roman wrestler"] (72 kq) bolqarıstanlı Dimitar Georgiyevlə, Əli Telman Quliyev (97 kq) isə xorvatiyalı Tomislav Brkanla qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan güləşçiləri U-23 Avropa çempionatında indiyədək 2 qızıl, 6 gümüş və 3 bürünc olmaqla ümumilikdə 11 medal qazanıblar.

Yarışa martın 15-də yekun vurulacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər