"Fənərbağça" yeni transferini açıqladı

"Fənərbağça" yeni transferini açıqladı
20.08.2025 06:11 İdman

Türkiyə təmsilçisi "Fənərbağça" Avstriyanın “Zaltsburq” klubundan Nene Dorqelesi transfer edib.

TodayPress TV xəbər verir ki, bu barədə İstanbul kollektivinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı vingerlə 5 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, N.Dorqeles 2022-ci ildən Mali yığmasına cəlb olunur və 24 oyuna 7 qol vurub.

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər