Əfsanəvi Feliks yenidən yarışmaq istəyir!

İdman

29.04.2026 13:15

Yeddiqat olimpiya çempionu, amerikalı atlet Ellison Feliks 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək niyyətində olduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, 40 yaşlı keçmiş sprinter yenidən böyük idmana qayıtmaq üçün mübarizə aparmağa hazırdır.

“Bilirsiniz, bu yaşda yəqin ki, evdə qalmalı, uşaqlarımla məşğul olmalıyam. Amma niyə hər şeyi alt-üst etməyim? Niyə istədiyim şeyin arxasınca getməyim? Niyə özümə həssas olmağa imkan verməyim?

İdmanda həddindən artıq uzun qalan insanları çox yaxşı anlayıram və düşünürsən: “Onlar nə edir?” Bilirəm ki, 40 yaşımda artıq pik formamda deyiləm. Bununla bağlı heç bir illüziyam yoxdur. Mən nəyin nə olduğunu və nəyə nail olmaq istədiyimi çox yaxşı başa düşürəm.

Yəqin ki, heç cəhd etməsəm, özümə görə məyus olardım. Hər şey necə alınsa da, yenə Olimpiadada olacağam – uşaqlarımla birlikdə, dincələrək və hamıya azarkeşlik edərək”, – deyə Feliks bildirib.

Xatırladaq ki, Ellison Feliks 2022-ci ildə ABŞ-nin Oreqon ştatında keçirilən dünya çempionatından sonra peşəkar karyerasını başa vurduğunu açıqlamışdı.

Namiq HUN

TodayPress TV

tag: Ellison Feliks,Atlet,Olimpiya,Çempion,Todaypress.tv,