Əfsanələrin “El Klasiko”su keçiriləcək
“Barselona” ilə “Real Madrid”in əfsanələrinin oyununun vaxtı və məkanı məlum olub.
TodayPress TV Kataloniya təmsilçisinə istinadən xəbər verir ki, qarşılaşmalar ABŞ-də baş tutacaq.
İlk “El Klasiko” sentyabrın 9-da Nyu-Cersi ştatının Harrisonda şəhərinin 25 min tamaşaçı tutumuna malik “Red Bull Arena” stadionunda keçiriləcək.
“Barselona” və “Real Madrid”in əfsanələri 4 gün sonra isə Florida ştatının Fort-Loderdeyl şəhərində yerləşən 21 550 nəfərlik tamaşaçı tutumuna malik “DRV PNK Stadium”da qarşılaşacaqlar.
Namiq HUN