Əfsanə geri dönür - Ronaldu yenidən mundialda
Kriştianu Ronaldu Portuqaliya millisinin dünya çempionatı üçün yekun heyətinə daxil edilib.
TodayPress TV xəbər verir ki, hazırda “Əl-Nəsr” klubunda çıxış edən 41 yaşlı hücumçu 2026-cı il dünya çempionatında iştirak edəcək.
Bu mundial Ronaldunun karyerasında altıncı dünya çempionatı olacaq. Portuqaliyalı ulduz ilk dəfə mundialda 2006-cı ildə Almaniyada keçirilən turnirdə iştirak edib.
Qeyd edək ki, Kriştianu Ronaldu milli komandalar səviyyəsində vurduğu qolların sayına görə dünya rekordçusudur. Təcrübəli futbolçunun hesabında Portuqaliya millisinin heyətində keçirdiyi 226 oyunda 143 qol var.
Portuqaliya yığma komandası dünya çempionatının final mərhələsində K qrupunda Konqo Demokratik Respublikası, Özbəkistan və Kolumbiya millisi ilə qarşılaşacaq.
Namiq HUN