DÇ-2026 öncəsi Ebola həyəcanı: azarkeşlərə şok xəbər

DÇ-2026 öncəsi Ebola həyəcanı: azarkeşlərə şok xəbər
20.05.2026 11:55 İdman

Futbol üzrə Konqo Demokratik Respublikası yığmasının azarkeşlərinin DÇ-2026 zamanı ABŞ-yə buraxılmamaq ehtimalı yaranıb.

TodayPress TV “Politico”ya istinadən xəbər verir ki, buna səbəb ölkədə yayılmış Ebola virusu ilə bağlı gücləndirilmiş sanitariya nəzarətidir.

Məlumata görə, Konqo yığmasının futbolçularına tibbi test nəticələri müsbət olduğu halda ABŞ, Kanada və Meksikaya girişə icazə veriləcək. Lakin azarkeşlərlə bağlı qaydaların daha sərt olacağı bildirilir.

ABŞ hakimiyyəti Ebola təhlükəsi səbəbindən sanitar nəzarəti gücləndirib. Uqanda, Konqo Demokratik Respublikası və Cənubi Sudan ərazisində olmuş xarici vətəndaşların ölkəyə girişinə məhdudiyyət tətbiq olunub.

Qeyd edilir ki, hətta bu qadağa dünya çempionatına qədər aradan qaldırılsa belə, Konqo azarkeşləri ABŞ-yə gəldikdən sonra bir neçə həftəlik karantin və izolyasiya qaydalarına əməl etməli olacaqlar. Bu isə onların oyunlara qatılmasını çətinləşdirə bilər.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər