DÇ-2026: Ekvador Kurasao millisinə qalib gələ bilmədi
Futbol üzrə dünya çempionatında Ekvador Kurasao millisi ilə qarşılaşıb.
TodayPress TV -nin məlumatına görə, Kanzas Siti stadionunda keçirilən E qrupunun II turunun matçında hesab açılmayıb - 0:0.
Qeyd edək ki, qrupun digər oyununda Almaniya seçməsi Fildişi Sahili komandasına 2:1 hesabı ilə qalib gəlib.