Cüdoçularımız fərdi yarışları 3 medalla başa vurdular

Cüdoçularımız fərdi yarışları 3 medalla başa vurdular
19.06.2025 22:10 İdman

Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatını mükafatsız başa vurub.

TodayPress TV  xəbər verir ki, 1/4 finalda gürcüstanlı Quram Tuşişviliyə məğlub olan təmsilçimiz təsəlliverici görüşdə çexiyalı Lukaş Krpalekə qalib gəlib.

Bürünc medal uğrunda qarşılaşmada tacikistanlı Temur Raximova uduzan Kokauri fəxri kürsüdən kənarda qalıb.

Qeyd edək ki, bununla da Azərbaycan millisinin üzvləri mundialın fərdi yarışlarını 3 bürünc medalla başa vurublar. Daha əvvəl cüdoçularımızdan Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıblar. Dünya çempionatına sabah baş tutacaq qarışıq komanda yarışı ilə yekun vurulacaq.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər