Cozef Qomes “Liverpul”dan ayrılmayacaq

Cozef Qomes “Liverpul”dan ayrılmayacaq
30.05.2026 22:50 İdman

Müdafiəçi Cozef Qomes müqaviləsi bitənə qədər “Liverpul”dan ayrılmayacaq.

TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Bildirilib ki, Qomes həmkarı İbrahima Konatenin gözlənilən gedişi fonunda komandada qalmağa razı salınıb. İngilis futbolçunun “Liverpul”la müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Xatırladaq ki, Cozef Qomes 2015-ci ildən “qırmızılar”da oynayır. Bu müddət ərzində o, “Liverpul”un heyətində 274 oyunda meydana çıxıb və 12 məhsuldar ötürmə edib. Müdafiəçi “qırmızılar”ın heyətində iki İngiltərə çempionluğunu, İngiltərə Kubokunu, Superkuboku və Liqa Kubokunu qazanıb. O, həmçinin “qırmızılar”la Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klublararası Dünya Kubokunu qazanıb.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər