Çempionluq əldən gedir? Qvardioladan kritik sözlər
Pep Qvardiola İngiltərə Premyer Liqasında çempionluq mübarizəsi barədə danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
“Mançester Siti”nin baş məşqçisi XXXV turda “Everton” ilə 3:3 hesablı heç-heçədən sonra vəziyyəti dəyərləndirib.
“Bu artıq bizim əlimizdə deyil. Əvvəllər idi, indi yox. Hələ oyunlarımız var, görək nə olacaq”, - deyə mütəxəssis bildirib.
Hazırda “Mançester Siti” 71 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Lider isə 76 xalla “Arsenal”dır. “Şəhərlilər”in ehtiyatda bir oyunu var.
Növbəti turda “Siti” “Brentford” ilə qarşılaşacaq, “Arsenal” isə “Vest Hem Yunayted” ilə üz-üzə gələcək.
Namiq HUN