Çempion “Sabah” mövsümü qələbə ilə başa vurdu

Çempion “Sabah” mövsümü qələbə ilə başa vurdu
22.05.2026 19:59 İdman

"Sabah" klubu cari mövsüm Azərbaycan Premyer Liqasında sonuncu oyununu keçirib.

TodayPress TV xəbər verir ki, Masazır təmsilçisi 33-cü turda "Turan Tovuz"la üz-üzə gəlib.

Qarşılaşma "bayquşlar"ın 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ölkə çempionunun heyətində Aron Maluda (15) və Xəyal Əliyev (64) fərqləniblər.

Qərb təmsilçisində isə Ayxan Hüseynov (86) diqqət mərkəzinə düşüb.

Turnir cədvəlinin lideri "Sabah" mövsümü 78 xalla başa vurub. Üçüncü sıradakı "Turan Tovuz" 59 xalda qalıb.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər