Braziliyalı müdafiəçi "Kəpəz"də

Braziliyalı müdafiəçi "Kəpəz"də
13.08.2025 21:10 İdman

Transfer çalışmaları çərçivəsində "Kəpəz" daha bir futbolçunu heyətinə cəlb edib.

TodayPress TV xəbər verir ki, braziliyalı müdafiəçi Cefferson Masiel Bentu Gəncə klubuna keçib.

22 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb. Cefferson son olaraq Portuqaliyanın “Portimonense” klubunun formasını geyinib.

Qeyd edək ki, Masiel Bentu 2024/2025-ci illər mövsümündə Portiman şəhəri təmsilçisinin heyətində 14 oyun keçirib.

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər