Boris Bekker: “Cokoviçin dəstəyini gözləmirdim”
İdman
01.11.2025 13:23
Altıqat “Böyük Dəbilqə” qalibi, Almaniyanın sabiq bir nömrəli tennisçisi Boris Bekker serbiyalı Novak Cokoviçin ona göstərdiyi dəstək barədə danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə “High Performance” məlumat yayıb.
Bekker etiraf edib ki, 2022-ci ildə aldığı həbs cəzasından sonra Cokoviçdən belə bir reaksiyanı gözləmirmiş.
Bekker 2022-ci ildə müflislik işi ilə bağlı iki il yarım müddətinə həbs olunub, lakin vaxtından əvvəl azadlığa buraxılıb. O dövrdə “Roland Garros” turnirində çıxış edən Novak Cokoviç mətbuat konfransında Bekkeri ailəsinin bir hissəsi adlandıraraq baş verənlərdən dərin kədər duyduğunu bildirib.
Boris Bekker 2022-ci ildə aldığı həbs cəzasından sonra Novak Cokoviçin ona göstərdiyi dəstəyin gözlənilməz, lakin unudulmaz olduğunu deyib:
“Novak o vaxt titulunu qorudu və mətbuat konfransında məni tərifləyib, mənə güc və dəstək verdi. Bu, bütün dünyada rezonans yaratdı. Mən bu dəstəyi heç vaxt unutmayacağam. Çətin vəziyyətdə kimin sənin yanında olduğunu o zaman anlayırsan.”
Namiq HUN
tag: Boris Bekker,Novak Cokoviç,Tennis,Yarış,Todaypress.tv,
