LeBron Ceyms "Los-Anceles Leykers”dən ayrılır?

İdman

07.08.2025 12:16

Amerikalı ulduz basketbolçu, dördqat NBA çempionu LeBron Ceyms “Los-Anceles Leykers” klubundan ayrıla bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Bildirilir ki, 40 yaşlı LeBron Donçiçin yeni ulduz müqaviləsi fonunda ikinci planda qalmaq istəmir və karyerasını güclü heyətə malik komandada titul uğrunda mübarizə ilə başa vurmağı planlaşdırır. Əgər qarşıdakı mövsümün əvvəlindən “Leykers” zəif çıxış etsə, LeBron transfer tələb edərək çempionluq şansı daha yüksək olan kluba keçmək niyyətindədir.

“LeBron Ceyms karyerasının sonuna yaxınlaşır və pley-offa çıxmaqda çətinlik çəkən komandada oynamaq istəmir. Bu, onun karyerasını öz şərtləri ilə bitirməsi üçün son şansıdır və hazırkı planı da məhz budur,” – deyə "Daily Mail"ə danışan mənbə qeyd edib.

Namiq HUN

tag: Lebron, Karyera, Los Anceles, Liqa,Todaypress.tv,