“Bir daha bu sualı verməyin!” - NBA çempionu acı həqiqəti açıqladı!
NBA çempionu “Nyu-York Niks” klubunda çıxış edən 31 yaşlı amerikalı forvard Coş Hart karyerasının sonuna qədər barmağındakı zədə ilə oynamaq məcburiyyətində qaldığını bildirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Bu suala bir daha cavab verməmək üçün deyirəm: oynağın əvəzlənməsindən başqa edə biləcəyim heç bir əməliyyat qalmayıb. Əgər oynaq əvəzlənməsi əməliyyatı olunsam, bir daha oynaya bilməyəcəyəm və karyeram başa çatacaq. Bu səbəbdən barmağım karyeramın sonuna qədər sarğılı olacaq”, - deyə Hart bildirib.
Qeyd edək ki, Hart 2017-ci il NBA draftında “Yuta Caz” tərəfindən ümumi 30-cu nömrə altında seçilib və daha sonra “Los-Anceles Leykers”ə mübadilə olunub.
Namiq HUN