Benzia “Qarabağ”dan getdi - Rəsmi
Yasin Benzia “Qarabağ”dan ayrılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi məlumat yayıb.
Onunla başa çatan müqavilə yenilənməyib.
Benzia Azərbaycan klubuna 2023-cü ilin yanvarında transfer olunmuşdu. O, daha öncə “Lion”, “Lill”, “Dijon” (hamısı Fransa), “Olimpiakos” (Yunanıstan), “Fənərbaxça”, “Hatayspor” (hər ikisi Türkiyə) kimi klublarda çıxış edib.