“Bavariya” rekordunu yenilədi
“Bavariya” futbol klubu Almaniya Superkubokunu tarixi ərzində 11-ci dəfə qazanaraq ölkə üzrə yeni rekord müəyyən edib.
TodayPress TV xəbər verir ki, 2024/2025-ci illər mövsümünün Bundesliqa çempionu olan Münhen təmsilçisi, Almaniya Kubokunun qalibi “Ştutqart”ı (2:1) məğlub edib.
Qeyd edək ki, Almaniya Superkubokunun qalibi olan klublar arasında ikinci yeri 6 titulla Dortmund “Borussiya”sı tutur. Üç dəfə titula sahib çıxan “Verder” isə ilk üçlüyü təşkil edir.
Namiq HUN