“Bavariya” Kompani ilə müqaviləni uzatdı
Münhenin “Bavariya” klubu baş məşqçi Vensan Kompani ilə müqavilənin müddətini uzadıb.
TodayPress TV Bundesliqa təmsilçisinə istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən, belçikalı mütəxəssis 2029-cu ilədək komandanı çalışdıracaq.
Kompani 2024-2025-ci illər mövsümündə “Börnli” klubundan “Bavariya”ya transfer olunub. Komanda onun rəhbərliyi ilə ilk mövsümdə Almaniya çempionu titulunu qazanıb, cari mövsümdə isə Superkuboka sahib olub.
Qeyd edək ki, “Bavariya” 7 turdan sonra 21 xalla Bundesliqanın lideridir.
Namiq HUN