Basketbolçularımız 3x3 FIBA Open turnirində uğur qazandı
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin oğlanlardan ibarət 3x3 unified (inklüziv birləşmiş idman) basketbol komandası İsveçrədə keçirilən 3x3 FIBA Open beynəlxalq turnirində uğurla çıxış edib.
TodayPress TV xəbər verir ki, bu barədə Xüsusi Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Turnirdə ümumilikdə 14 Xüsusi Olimpiya komandası təmsil olunub. Komandamız turnirdə Fransa (8:2), Niderland (5:3) və Finlandiya (5:4) yığması üzərində qələbə qazanaraq A qrupunun qalibi olub.
Namiq HUN