Basketbolçu məsuliyyətsiz sürücülükdə ittiham olundu

Basketbolçu məsuliyyətsiz sürücülükdə ittiham olundu
19.06.2025 14:32 İdman

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) “Memfis Qrizzlis” klubunun 23 yaşlı kanadalı mərkəz oyunçusu Zak İdi məsuliyyətsiz sürücülükdə ittiham edilib. 

TodayPress TV xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Hadisə ABŞ-nin İndiana ştatında baş verib. Polis əməkdaşları, Tippekano dairəsində tutulan İdiyə, icazə verilən 89 km/saat sürət həddini 163 km/saatla keçdiyi üçün protokol tərtib ediblər. İdi öz izahatında sürət həddini keçdiyini etiraf edərək bunu digər avtomobili ötmək istəyi ilə əsaslandırıb.

Basketbolçu hadisə yerində sərbəst buraxılıb. Zak İdi gələn həftənin ilk günü məhkəmə qarşısına çıxacaq. 

Namiq HUN

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər