Basketbol millisinin sabiq üzvü vəfat etdi

Basketbol millisinin sabiq üzvü vəfat etdi
27.06.2025 13:54 İdman

Azərbaycan basketboluna ağır itki üz verib. 

TodayPress TV xəbər verir ki, milli komandamızın sabiq üzvü, SSRİ idman ustası Vaqif Hacımətov vəfat edib.

Rusiyanın Stavropol şəhərində yaşayan 62 yaşlı Hacımətov uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Xatırladaq ki, o, 1982-ci ildə SSRİ basketbol yığmasına dəvət alıb. Hacımətov, SSRİ çempionatında Azərbaycan Neft və Kimya İnstitutunun komandasında çıxış edib. Vaqif daha sonra “Dinamo” (Stavropol) klubunun uğurları üçün çalışıb. O, peşəkar basketbolçu karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyəti ilə məşğul olub.

Namiq HUN

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər