Basketbol millimiz Qazaxıstana yollandı
Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Qazaxıstanın Atırau şəhərinə yola düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Yığma iyunun 22-dən 25-dək adıçəkilən şəhərdə baş tutacaq "Airom Cup" beynəlxalq turnirində iştirak edəcək.
Bu yarış Avropa çempionatı öncəsi əsas hazırlıq mərhələlərindən biridir.
Qeyd edək ki, U-16 turnirdə ilk oyunlarını 23 iyunda Qazaxıstan təmsilçiləri "Aul Sport" və "Barsy Atrau" klublarına qarşı keçirəcək.