“Barselona”ya xoş xəbər – ulduz futbolçu qayıdır

İdman

02.05.2026 16:06

Rafinya mart ayından sonra ilk dəfə “Barselona”nın heyətinə daxil edilib və “Osasuna” ilə oyunda iştirak edə bilər.

TodayPress TV xəbər verir ki, braziliyalı futbolçu milli komandaların oyunları zamanı Fransa yığması ilə görüşdə (1:2) zədələnmişdi və o vaxtdan bəri komandaya düşmürdü.

La Liqanın XXXIV turu çərçivəsində keçiriləcək qarşılaşma El Sadar stadionunda baş tutacaq. Oyunu İsidirо Dias de Mera Eskuderоs idarə edəcək.

Hazırda “Barselona” 33 turdan sonra 85 xalla İspaniya çempionatının lideridir. Kataloniya təmsilçisi ən yaxın izləyicisi “Real Madrid”i 11 xal qabaqlayır.

Namiq HUN

TodayPress TV

tag: Rafinya,Barselona,Osasuna,Real Madrid,Todaypress.tv,