“Barselona” transfer bazarında hücuma keçir
İdman
29.11.2025 11:06
“Barselona” klubunun yay transfer pəncərəsi üçün prioritet siyahısı açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Mundo Deportivo məlumat yayıb.
Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik və idman direktoru Deko heyəti gücləndirmək üçün əsas mövqeləri müəyyənləşdiriblər. Bunlar solaxay mərkəz müdafiəçi, vinger və mərkəz hücumçusudur.
Zərurət olarsa, müdafiəçinin transferi artıq 2026-cı ilin qışında baş tuta bilər. Bunun üçün klub maliyyə feyr-pley qaydalarına əməl etməlidir.
Müdafiəçi ampulasına mümkün namizədlər arasında “Sportinq”dən Qonsalu İnasiu, “Nottingem Forest”dən Murilo, Dortmund “Borussiya”sından Niko Şlotterbek, “Palmeyras”dan Luis Benedetti və “Kristal Pelas”dan Mark Gehi yer alır.
Yayda Robert Levandovskinin müqaviləsi başa çatacağından mərkəz hücumçu da əsas prioritet sayılır. Klubun maraq dairəsində “Atletiko”nun forvardı Xulian Alvares, “Bavariya”dan Harri Keyn və “Mançester Siti”dən Erling Haalanddır.
Bundan əlavə, Rafinyanın Səudiyyə Ərəbistanına mümkün gedişini nəzərə alaraq klub cinahları da gücləndirmək istəyir. Namizədlər arasında “Mançester Yunayted”dən Markus Reşford var. Onunla bağlı qərar mövsümün sonuna qədər nümayiş etdirəcəyi oyundan asılı olacaq. Klub həmçinin “Milan”dan Rafael Leau ilə də maraqlanır.
Namiq HUN
tag: Barselona,Klub,Transfer,Futbol,Todaypress.tv,
